Yaponiyanın Hokkaydo prefekturasında 5,3 bal gücündə zəlzələ qeydə alınıb.
Manset.az-ın əldə etdiyi məlumata görə, yerli vaxtla saat 17:47-də baş verən zəlzələnin episentri Hokkaydonun Urakava şəhərində, ocağı isə 50 kilometr dərinlikdə yerləşib.
Yeraltı təkanlar Hokkaydo ilə yanaşı, Aomori və İvate prefekturalarında da hiss olunub. Bildirilib ki, zəlzələ səbəbindən sunami təhlükəsi yoxdur.
İlkin məlumatlara əsasən, hadisə nəticəsində insan tələfatı və ya dağıntı qeydə alınmayıb.