Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb

23:22 - 12 Sentyabr 2025

Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyaların müddətini rəsmən altı ay uzadıb.


Manset.az xəbər verir ki, bu barədə Aİ Şurasının saytında məlumat verilib.

"Şura Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini pozan və ya təhdid edən şəxslərə qarşı məhdudlaşdırıcı tədbirlərin daha altı ay müddətinə, 2026-cı il martın 15-nə qədər uzadılması barədə qərar qəbul edib", - press-relizdə bildirilib. 

Sanksiyalar 2500-dən çox fiziki və hüquqi şəxsə şamil olunmağa davam edəcək.

"Aİ Rusiyaya təzyiqləri artırmağa, o cümlədən əlavə sanksiyalar qəbul etməyə hazırdır", - məlumatda qeyd olunub. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az