ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb.
Manset.az xəbər verir ki, bu barədə Axios nəşrinin jurnalisti Barak Ravid məlumat yayıb.
Müzakirə olunan məsələlər açıqlanmayıb.
Xatırladaq ki, fevralın 24-də Tramp öz administrasiyasının Rusiya-Ukrayna münaqişəsinin dayandırılması istiqamətində "fəal işlədiyini" bildirib və müharibənin onun prezidentliyi dövründə baş verməyəcəyini bir daha vurğulayıb.
Qeyd edək ki, 2026-cı ildə Tramp və Zelenski artıq təmasda olublar. Yanvarın 21-də onlar Davosda keçirilən Dünya İqtisadi Forumunda görüşüblər.