Türkiyə 9 ölkəyə uçuşlarını dayandırıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyi Abdulkadir Uraloğlu, "İran, İraq, Suriya, Lübnan və Ürdün uçuşları 6 mart 2026-cı ilə qədər ləğv edilib. Qatar, Küveyt, Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərinə planlaşdırılan bütün uçuşlar isə 3 mart 2026-cı ilə qədər ləğv edilib" - deyib.
Abdulkadir Uraloğlu 28 fevral 2026-cı ildə İrana edilən hücumlardan sonra bölgədəki hava sahələri və Türkiyə daşıyıcılarına dair son durumu dəyərləndirib. Prosesi anlıq olaraq izlədiklərini qeyd edən Uraloğlu bütün lazımi tədbirlərin alındığını bildirib.