"Heç kəs belə bir xəyalın içinə girməsin. Yanlış bir addım atılmasına icazə verməyəcəyik. Müharibənin gedişatına və sonrasına dair bütün ssenarilərə hazırlıqlı vəziyyətdəyik".
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər Naziri Hakan Fidan deyib.
Almaniya Federal Xarici İşlər Naziri Johann Wadephul ilə görüşdən sonra birgə mətbuat konfransı keçirən Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan diqqətəlayiq qiymətləndirmələr edib.
İranda daxili müharibə yaratmaq məqsədilə separatçı ssenarilərin gündəmə gətirildiyini bildirən Nazir Fidan, "Bu müharibə bir an əvvəl sona çatmalıdır. Türkiyə olaraq müharibənin bitməsi üçün böyük bir səy göstəririk. Bu dəfə separatçı ssenarilərin İran üçün gündəmə gətirildiyini görürük. İranda daxili müharibə yaratmağı və etnik- dini təməllər üzərində qarşıdurmaları alovlandırmağı hədəfləyən hər cür plana qarşıyıq. Heç kəs belə bir xəyala düşməsin. Yanlış bir addım atılmasına icazə verməyəcəyik. Müharibənin gedişatına və sonrasına dair bütün ssenarilərə hazırlıqlı vəziyyətdəyik" - deyib.