Laricanidən bölgənin “qaranlığa qərq olacağına” dair XƏBƏRDARLIQ

18:58 - 12 Mart 2026

Laricanidən bölgənin “qaranlığa qərq olacağına” dair XƏBƏRDARLIQ

İranın elektrik infrastrukturuna hücum olsa, bütün region qaranlığa qərq olacaq.


Manset.az xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani “X” hesabında yazıb.

    O, ABŞ Prezidenti Donald Trampın İranın elektrik şəbəkəsini məhv etməklə bağlı hədəsinə münasibət bildirib.

    Laricani qeyd edib ki, “əgər bunu etsələr, bütün region yarım saatdan az bir müddətdə qaranlığa qərq olacaq”.

    İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi vurğulayıb ki, bunun nəticəsində yaranan qaranlıq “təhlükəsizlik üçün qaçan” Amerika hərbçilərinin təqibinə şərait yaradacaq.

    Xatırladaq ki, Tramp İranı elektrik şəbəkəsini məhv etməklə hədələyib.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az