logo
logo logo
logo

Tarixin ən ölümcül virusu nəzarətdən çıxdı - Ölü və yoluxan sayı durmadan artır

14:25 - 17 Avqust 2026

Tarixin ən ölümcül virusu nəzarətdən çıxdı - Ölü və yoluxan sayı durmadan artır

Konqo Demokratik Respublikasında davam edən Ebola epidemiyası nəticəsində ölənlərin sayı 2 325-ə yüksəlib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, təsdiqlənmiş yoluxma hallarının sayı isə 4 945-ə çatıb.

Konqo Demokratik Xalq Sağlamlığı İnstitutunun yaydığı son hesabata əsasən, son 24 saat ərzində ölkədə 101 yeni Ebola virusuna yoluxma halı qeydə alınıb.

Hazırkı epidemiya 2018–2020-ci illərdə baş vermiş Ebola epidemiyası zamanı qeydə alınan ölüm sayını ötüb. Bununla da ölkə tarixində ən çox insanın həyatına son qoyan Ebola epidemiyasına çevrilib.

Ölkədə qeydə alınan 17-ci Ebola epidemiyası olan hazırkı böhran yoluxma hallarının sayına görə də iyulun sonunda Konqo Demokratik Respublikasının tarixində ən genişmiqyaslı epidemiya kimi qeydə alınmışdı.

Son məlumatlar göstərir ki, ölənlərin sayı 2018–2020-ci illərdəki epidemiyada qeydə alınan 2 299 ölüm halını da keçib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az