logo
logo logo
logo

Turist avtobusu aşdı - 10 nəfər öldü

14:29 - 17 Avqust 2026

Turist avtobusu aşdı - 10 nəfər öldü

Braziliyanın cənub-şərqində yerləşən Rio-de-Janeyro ştatında turistləri daşıyan sərnişin avtobusu dağ yolunda aşıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, qəza nəticəsində 10 nəfərin həlak olduğu bildirilib.

Rio-de-Janeyro ştatının Yanğınsöndürmə İdarəsinin məlumatına görə, hadisə dünən yerli vaxtla saat 04:30 radələrində Petropolis şəhəri yaxınlığındakı dağlıq ərazidə baş verib.

Turistləri daşıyan avtobusun aşmasından sonra hadisə yerinə gələn xilasedicilər ilkin olaraq 8 nəfərin həyatını itirdiyini müəyyənləşdirib. Xəstəxanaya çatdırılan yaralılardan daha 2 nəfərin tibbi müdaxilələrə baxmayaraq öldüyü bildirilib.

Braziliya Federal Yol Polisi avtobusun qonşu Minas-Jerays ştatının paytaxtı Belo-Orizonti şəhərindən yola düşdüyünü və Rio-de-Janeyro şəhərindəki çimərliklərə getdiyini açıqlayıb.

Qəza səbəbindən təxminən 4 saat nəqliyyatın hərəkətinə bağlanan yol daha sonra yenidən açılıb. Polis hadisə ilə bağlı araşdırmaya başlayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az