logo
logo logo
logo

"İran Barzaninin ofisini hədəfə aldı" - İraq

14:40 - 17 Avqust 2026

\"İran Barzaninin ofisini hədəfə aldı\" - İraq

İrana məxsus iki kamikadze pilotsuz uçuş aparatı İraq Kürdüstan Regional Rəhbərliyinin (İKRR) Baş naziri Məsrur Bərzaninin Ərbil şəhərindəki xüsusi ofisini və kəşfiyyat idarəsi rəhbərinin iqamətgahını hədəfə alıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, hücum nəticəsində ölən və yaralanan olmayıb.

İKRR-nin Terrorla Mübarizə İdarəsinin yaydığı yazılı açıqlamada bildirilib ki, hücum gecə saat 00:28-də həyata keçirilib. Məlumata görə, Ərbilin Səlahəddin rayonunda yerləşən Baş nazirin xüsusi ofisinə və kəşfiyyat idarəsi rəhbərinin qaldığı iqamətgaha İrana məxsus iki bomba yüklü “Hadid-110” tipli pilotsuz uçuş aparatı ilə zərbə endirilib.

Açıqlamada hücum qətiyyətlə pislənib və hadisənin qəbuledilməz olduğu bildirilib.

İKRR Baş naziri Məsrur Bərzani də sosial şəbəkə hesabında yaydığı açıqlamada hücumu pisləyib. O, hadisənin təhlükəli gərginlik artımı olduğunu və bölgənin təhlükəsizliyi və sabitliyinə birbaşa təhdid yaratdığını bildirib.

İran hakimiyyəti isə hücumla bağlı hələlik açıqlama verməyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az