Braziliyanın Parana ştatında ağır yol qəzası baş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Parana ştatında avtobusla yük maşınının toqquşması nəticəsində çox sayda insanın öldüyü açıqlanıb.
Qəza nəticəsində azı 21 nəfər həyatını itirib. Hadisənin təfərrüatları və qəzanın başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.
Hadisə ilə bağlı bu gün yayılan bəzi məlumatlarda ölənlərin sayı 21, bəzi mənbələrdə isə 22 göstərilir. Sonrakı məlumatlarda ölənlərin sayının dəyişə biləcəyi nəzərə alınmalıdır.