NATO ABŞ-nin Avropadakı obyektlərinə zərbə endiriləcəyi təqdirdə İran tərəfindən yarana biləcək təhlükəyə qarşı mübarizə aparmağa hazır olduğunu açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, NATO nümayəndəsi bildirib ki, alyans istənilən təhlükəyə qarşı dayanmağa və bütün müttəfiqlərinin müdafiəsi üçün zəruri olan bütün tədbirləri görməyə hazırdır.
Alyansdan bildirilib ki, NATO-nun çəkindirmə və müdafiə imkanları effektiv olaraq qalır. Nümayəndə həmçinin qeyd edib ki, bu ilin əvvəlindən NATO-nun hava hücumundan müdafiə sistemləri İrandan Türkiyə istiqamətində buraxılan ballistik raketləri dörd ayrı halda ələ keçirib.
Bundan əvvəl “Financial Times” qəzeti mənbələrinə istinadən İran hakimiyyətinin ABŞ Prezidenti Donald Trampın münaqişəni daha da genişləndirmək qərarına gələcəyi təqdirdə Avropadakı ABŞ hərbi obyektlərinə zərbə endirmək imkanını nəzərdən keçirdiyini yazmışdı.