logo
logo logo
logo

Fransada 22 günlük isti dalğası başa çatdı

16:20 - 19 Avqust 2026

Fransada 22 günlük isti dalğası başa çatdı

Fransanın tarixində ikinci ən uzun isti hava dalğasının 22 gün davam etdiyi açıqlanıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Fransanın Milli Meteorologiya Xidməti “Météo-France”ın məlumatına görə, iyulun 28-də başlayan isti hava dalğası 22 gün ərzində ölkəyə təsir edib. Bu göstərici 1983-cü ildə 23 gün davam edən isti hava dalğasından sonra Fransada qeydə alınan ən uzun ikinci müddətdir.

Açıqlamada ölkə tarixinin ikinci ən uzun isti hava dalğasının iyulun 29-da, avqustun 12-də və 14-də termometrlərin rekord göstəricilərə çatması ilə pik həddə yüksəldiyi bildirilib.

Fransa bu il temperatur göstəricilərinin qeydə alınmasına başlanılan 1990-cı ildən bəri ən isti iyul ayını yaşayıb. İyulda orta temperatur 24,9 dərəcəyə yüksəlib.

Ölkədə yağıntıların 70 faiz azalması ilə müşahidə olunan iyul ayı tarixdə üçüncü ən quraq iyul kimi qeydə alınıb.

Mütəxəssislər rekord temperatur və quraqlığın meşə yanğınları riskini artırdığını bildirirlər.

Tarixinin ən böyük meşə yanğınları mövsümünü yaşayan Fransada bu il 117 min hektardan çox ərazi külə dönüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az