logo
logo logo
logo

Trampdan İrana qarşı misli görünməmiş iqtisadi təzyiq

09:35 - 20 Avqust 2026

Trampdan İrana qarşı misli görünməmiş iqtisadi təzyiq

ABŞ administrasiyası İrana qarşı misli görünməmiş iqtisadi müharibəyə və təcridə başlayır.


Manset.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bunu "Truth Social" sosial şəbəkəsində elan edib.

"Heç kim İran İslam Respublikasına mənim qədər razılığa gəlmək üçün daha çox fürsət verməyib. Təəssüf ki, onlar bundan yararlana bilmədilər. Buna görə də bu gün mən indiyə qədər heç bir ölkəyə qarşı aparılmayan ən dağıdıcı iqtisadi əməliyyatı elan edirəm! Bu, misli görünməmiş miqyasda iqtisadi müharibə və təcrid olacaq", - Ağ Ev rəhbəri yazıb.

Trampın açıqlaması Vaşinqtonun Tehrana qarşı artan iqtisadi təzyiqi fonunda baş verib. Daha əvvəl ABŞ-nin maliyyə naziri Skott Bessent də İrana qarşı misli görünməmiş iqtisadi təcrid tədbirlərinə hazırlıq barədə bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az