logo
logo logo
logo

Harri və Meqan ABŞ-dən İngiltərəyə köçür

11:19 - 20 Avqust 2026

Harri və Meqan ABŞ-dən İngiltərəyə köçür

İngiltərə şahzadəsi Harri və həyat yoldaşı Meqan Markl bu ayın sonlarına doğru ABŞ-dan ayrılaraq İngiltərəyə köçməyə hazırlaşırlar. Cütlüyün övladları Arçi və Lilibetin də sentyabr ayında İngiltərədə məktəbə başlayacağı bildirilib.


Manset.az-ın xarici mediaya istinadən əldə etdiyi məlumata görə, şahzadə Harri və Meqan Londonun kənarında, kral ailəsinə məxsus olmayan xüsusi yaşayış evində məskunlaşacaqlar. Cütlüyün İngiltərəyə qayıtmaq planını ilk olaraq "Daily Telegraph" və "The Sun" qəzetləri açıqlayıb.

Yeddi yaşlı şahzadə Arçi və beş yaşlı şahzadə Lilibetin yeni tədris ilində İngiltərədə məktəbə başlayacağı məlum olub.

Kral III Çarlzın köçmək qərarından bazar günü xəbərdar edildiyi bildirilib. Hazırda şahzadə Harri və Meqanın yenidən kral ailəsinin rəsmi vəzifələrini yerinə yetirməsinə dair hər hansı plan yoxdur.

Qeyd olunub ki, kral ötən həftənin sonunadək köçmək planından xəbərsiz olub. Bununla belə, onun Sasseks ailəsini daha tez-tez görə biləcək olmasından məmnunluq duyduğu bildirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az