logo
logo logo
logo

İrandan Trampın "iqtisadi savaş" elanına sərt cavab

13:08 - 20 Avqust 2026

İrandan Trampın \"iqtisadi savaş\" elanına sərt cavab

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ Prezidenti Donald Trampın İrana qarşı elan etdiyi “İqtisadi D-Day” təşəbbüsünü diqqəti yayındırmaq cəhdi adlandırıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Əraqçi sosial şəbəkə hesabında yaydığı açıqlamada “İqtisadi D-Day” adlandırılan təşəbbüsün ABŞ-nin artan borc və faiz xərclərinin yaratdığı iqtisadi böhrandan diqqəti yayındırmağa hesablandığını bildirib. 

İranlı nazir Vaşinqtonun uğursuz siyasətini davam etdirməsinin ABŞ-yə “daha çox məğlubiyyət” gətirəcəyini və bunun iranlıların ABŞ-yə qarşı düşmənliyini daha da artıracağını qeyd edib.

Əraqçi ABŞ-nin iqtisadi siyasətini də sərt şəkildə tənqid edib:

“ABŞ-nin iqtisadi terrorizmi qlobal iqtisadiyyatı və dünya üzrə hökmranlığı təhdid edir”.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az