logo
logo logo
logo

"Bu gedişlə yox olacaqlar" - Rusiyadan İsrailə tarixi xəbərdarlıq 

14:50 - 20 Avqust 2026

\"Bu gedişlə yox olacaqlar\" - Rusiyadan İsrailə tarixi xəbərdarlıq 

İsrailin Suriyanın İdlib vilayətində yerləşən Əbu Zühur hərbi aerodromuna zərbə endirməsindən sonra bölgədə gərginlik daha da artıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Rusiyanın general-leytenantı Apti Alaudinov İsrailin ABŞ və NATO-nu müharibəyə cəlb etməyə çalışdığını bildirib.

Alaudinov İsrailin hərbi imkanlarını olduğundan artıq qiymətləndirdiyini deyib. O, İsrailin bölgədə apardığı siyasətin nəticələrinin ağır ola biləcəyi barədə xəbərdarlıq edib.

“İsrail öz gücünü həddindən artıq şişirdir. Bu təcavüzkarlıq sonda onun dövlət kimi mövcudluğuna son qoyacaq”, – deyə Alaudinov bildirib.

İsrailin İdlibdəki Əbu Zühur hərbi aerodromuna zərbə endirməsi bölgədə onsuz da yüksək olan gərginliyi daha da artırıb. Rusiyalı general İsrailin atdığı addımların ABŞ və NATO-nun münaqişəyə cəlb olunmasına hesablandığını vurğulayıb.

Alaudinovun sözlərinə görə, İsrailin bölgədəki siyasəti Yaxın Şərqdəki qarşıdurmanın daha geniş müstəviyə keçməsi riskini artırır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az