Kanadanın neft və təbii qazla zəngin Alberta əyaləti oktyabr ayında ölkənin siyasi gələcəyinə təsir göstərə biləcək mühüm səsverməyə hazırlaşır.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, seçicilər Alberta əyalətinin Kanadanın tərkibində qalması, yoxsa müstəqilliklə bağlı məcburi referendum prosesinin başlanması arasında seçim edəcəklər.
Müstəqillik müzakirələri əyalət üzrə keçirilən toplantılardan sonra vətəndaş təşəbbüsü ilə daha da genişlənib. Təşəbbüs çərçivəsində 300 mindən çox imza toplanıb. Lakin Alberta məhkəməsi təşəbbüsün konstitusiya ilə nəzərdə tutulan zəruri məsləhətləşmə prosesi başa çatdırılmadan həyata keçirildiyini əsas gətirərək kampaniyanın dayandırılmasına qərar verib.
Məhkəmə müstəqillik qərarından birbaşa təsirlənəcək “İlk Millətlər” kimi tanınan yerli xalqlarla konstitusiyanın tələb etdiyi zəruri məsləhətləşmələrin aparılmadığı qənaətinə gəlib.