Kamerun Prezidenti Pol Biya 74 gün sonra ölkəsinə qayıdıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, 93 yaşlı prezidentin uzun müddət ölkədən kənarda qalması onun səhhəti və dövlət idarəçiliyi ilə bağlı müzakirələrə səbəb olmuşdu.
Biya iyunun 7-də “qısamüddətli şəxsi Avropa səfəri” adı ilə ölkədən ayrıldıqdan sonra 74 gün sonra paytaxt Yaoundeyə qayıdıb.
Ölkənin dövlət televiziyası CRTV prezidentin xüsusi təyyarəsinin İsveçrənin Cenevrə şəhərindən havaya qalxaraq yerli vaxtla saat 18:00 radələrində Yaounde-Nsimalen Beynəlxalq Hava Limanına enməsini canlı yayımlayıb.
Biya hava limanından ayrılarkən onu qarşılamağa gələnlərə avtomobilinin pəncərəsindən əl yelləyərək salam verib.
Prezidentin korteji daha sonra Prezident Sarayına yollanıb.