ABŞ-ın Ankaradakı səfiri Tom Barrak Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Trampın Nyu-Yorkda görüşəcəyini açıqlayıb.
Manset.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, ABŞ-ın Ankaradakı səfiri Tom Barrak bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp Nyu-Yorkda bir araya gələcəklər.
Prezident Rəcəb Tayyib Ərdoğan gələn həftə keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının iclasında iştirak etmək üçün Nyu-Yorka səfər edəcək.