ABŞ Prezidenti Donald Trampın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi görüşün ardından, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası çərçivəsində Nyu-Yorka səfər edən İsrailin Baş naziri Binyamin Netanyahu ilə görüşünün nəzərdə tutulmaması diqqət çəkib.
Manset.az-ın xarici mediaya istinadən əldə etdiyi məlumata görə, qeyd olunur ki, İsraildə oktyabrın 27-də keçiriləcək seçkilər ərəfəsində Netanyahu Nyu-York səfərini qısamüddətli tutmağı planlaşdırır.
ABŞ rəsmiləri tərəfindən verilən açıqlamada hər iki liderin iş qrafiklərinin üst-üstə düşməməsi səbəbindən görüşün baş tutmasının gözlənilmədiyi bildirilib.