logo
logo logo
logo

Yunanıstanda 8 zəlzələ qeydə alındı 

14:42 - 07 Oktyabr 2026

Yunanıstanda 8 zəlzələ qeydə alındı 

Yunanıstanın Kasos adası sahillərində 8 zəlzələ qeydə alınıb.


Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə Yunanıstan mediası məlumat yayıb.

Bildirilib ki, oktyabrın 7-si gecə yarısından səhər saatlarına qədər olan müddətdə 2,4-4,1 maqnitudalı yeraltı təkanlar baş verib. Ən güclü zəlzələnin episentri Kasosdan 29 kilometr qərbdə yerləşib. 7 dəqiqə sonra adadan 35 kilometr qərbdə 3,9 maqnitudalı zəlzələ baş verib.

Daha sonra 2,4-2,7 maqnitudalı 4 zəif təkan qeydə alınıb. 3,2 maqnitudalı sonuncu zəlzələ səhər saat 10:27-də Kasosdan 22 kilometr qərb-cənub-qərbdə baş verib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az