Avstraliyada keçmiş yepiskop Kristofer Sonders katolik ruhanisi olduğu dövrdə iki gəncə qarşı cinsi zorakılıq törətdiyinə görə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Avstraliyada yepiskop vəzifəsində çalışdığı dövrdə iki gəncə qarşı cinsi zorakılıq törətməkdə təqsirləndirilən Kristofer Sondersin cəzası açıqlanıb. Qərar Qərbi Avstraliya ştatında keçirilən məhkəmə prosesi çərçivəsində çıxarılıb.
Sonders iki gənc aborigen kişiyə qarşı cinsi zorakılıq törətdiyinə görə 6 il 6 ay müddətinə həbs cəzasına məhkum edilib.
Məhkəmədə Sondersin hər iki gənci sistemli şəkildə manipulyasiya etdiyi, onları “yarıçılpaq” görüşlərə dəvət etdiyi və spirtli içki verdiyi bildirilib. O, bu məqsədlə əsasən kilsənin vəsaitlərindən və kilsəyə məxsus əmlakdan istifadə edib.