Salyanda avtomobil piyadanı vuraraq öldürüb.
Manset.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Qarabağlı kəndi ərazisində qeydə alınıb.
Belə ki, avtomobil yolu keçən piyadanı vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.