logo
logo logo
logo

Maşın ağaca çırpılıb alovlandı - Sürücü yanaraq öldü

10:12 - 22 Avqust 2026

Maşın ağaca çırpılıb alovlandı - Sürücü yanaraq öldü

Zaqatalada ağır qəza baş verib.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə ötən gecə Qax-Zaqatala avtomobil yolunun Zaqatala rayonunun Yeni Suvagil kəndi ərazisində baş verib.

Belə ki, Əfqan Əfəndi oğlu Mülkümov idarə etdiyi “VAZ21099” markalı minik avtomobili hərəkətdə olarkən idarəetməni itirib, nəticədə avtomobil yol kənarındakı ağaca çırpılıb.

Hadisə zamanı avtomobildə yanğın baş verib və sürücü Ə.Mülkümov sükan arxasında yanaraq ölüb.

Avtomobil Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri tərəfindən söndürülüb.

Ə.Mülkümovun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az