logo
logo logo
logo

Gədəbəydə Niva aşdı - Sürücü ağır xəsarət aldı

09:15 - 23 Avqust 2026

Gədəbəydə Niva aşdı - Sürücü ağır xəsarət aldı

Gədəbəydə ağır yol-nəqliyyat hadisəsi baş verib.


Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Gədəbəy-Şəmkir yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

    Belə ki, hərəkətdə olan "NİVA" markalı minik maşını idarəetmədən çıxıb. Nəticədə minik maşını yolun kənarına aşıb.

    Qəza zamanı sürücü 2003-cü il təvəllüdlü İ.Məmmədov xəsarət alıb.

    Xəsarət alan sürücü xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin ağır olduğu bildirilir.

    Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

    Faktla bağlı araşdırma aparılır.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az