Samsunda hava təzyiqi zamanı partlayan traktorun təkəri işçinin ölümünə səbəb olub. Hadisənin görüntüləri ortaya çıxıb.
Manset.az xəbər verir ki, Samsunun Tekkeköy səmtinin Şabanoğlu məhəlləsindəki tikinti avadanlığı təmiri sexində baş verən hadisədə 21 yaşlı Əli Aydın traktorun təkərini şişirərkən təkər partlayıb. Partlayışın təsirindən sükandan çıxan metal gəncə dəyib. 2 aydan çox reanimasiyada olan Əli Aydın həyatını itirib. Əli Aydının həyatını itirdiyi iş qəzası təhlükəsizlik kameralarına düşüb.