İspaniyanın "Barselona" klubu azad agent statusunda olan Portuqaliya millisinin futbolçusu Juan Kanselu ilə müqavilə imzalayıb.
Manset.az xəbər verir ki, portuqaliyalı müdafiəçi ilə müqavilənin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub.
32 yaşlı oyunçu komandaya azad agent kimi qoşulub.
Kanselu daha əvvəl kataloniyalıların heyətində icarə əsasında çıxış edib. O, 2023/2024 mövsümündə "Mançester Siti"dən (İngiltərə) "Barselona"ya keçərək 42 matçda 4 qol vurub və 5 məhsuldar ötürmə müəllifi olub.
Daha sonra Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubuna yollanan futbolçu 2026-cı ilin yanvarında yenidən icarə əsasında İspaniya təmsilçisinə qayıdıb və keçirdiyi 23 qarşılaşmada 2 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Karyerası ərzində"Mançester Siti" ilə yanaşı, Portuqaliyanın "Benfika", İspaniyanın "Valensiya", İtaliyanın "İnter" və "Yuventus" klublarında da çıxış edən müdafiəçi "Bavariya"da (Almaniya) da icarədə olub.