logo
logo logo
logo

"Qarabağ" "Tvente"ni məğlub etdi - YENİLƏNİB

23:54 - 20 Avqust 2026

\"Qarabağ\" \"Tvente\"ni məğlub etdi - YENİLƏNİB

"Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.


Manset.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Niderlandda "Tvente"nin qonağı olub.

Enshede şəhərində baş tutan qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0.

Matçda yeganə qolu 52-ci dəqiqədə Kadi Borges vurub.

Xatırladaq ki, komandalar arasında cavab görüşü avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

***

23:11

UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Tvente" (Niderland) - "Qarabağ" oyununda hesab açılıb.


Manset.az xəbər verir ki, matçda ilk qolu Azərbaycan təmsilçisi vurub - 1:0.

***

23:04

UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Tvente" (Niderland) - "Qarabağ" oyununda ikinci hissə başlayıb.


Manset.az xəbər verir ki, hələlik görüşdə hesab açılmayıb..

Qarşılaşma Enshededəki "Tvente" stadionunda keçirilir. Matçın baş hakimi albaniyalı FIFA referisi Yucin Cayadır.


***

22:48

UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Tvente" (Niderland) - "Qarabağ" oyununda ilk hissə başa çatıb.


Manset.az xəbər verir ki, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.

Qarşılaşma Enshededəki "Tvente" stadionunda keçirilir. Matçın baş hakimi albaniyalı FIFA referisi Yucin Cayadır.

***

22:01

UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Tvente" (Niderland) - "Qarabağ" oyunu başlayıb.


Manset.az xəbər verir ki, qarşılaşma Enshededəki "Tvente" stadionunda keçirilir.

Matçın baş hakimi albaniyalı FIFA referisi Yucin Cayadır.

Xatırladaq ki, komandalar arasında cavab qarşılşaması avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az