Ronaldo “Yuventus”u məhkəməyə verdi

18:53 - 16 Sentyabr 2023

Ronaldo “Yuventus”u məhkəməyə verdi

Portuqaliyalı futbolçu Kriştiano Ronaldo koronavirus pandemiyası zamanı maaşların verilməməsinə görə “Yuventus” klubunu məhkəməyə verib. 


Manset.az xəbər verir ki, “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Nəsr”də çıxış edən 38 yaşlı hücumçu həmin dövrdə ödənilməmiş 19,9 milyon avronu geri qaytarmaq niyyətindədir.  

Ronaldo Turin prokurorluğundan sənədlər tələb etdikdən sonra məhkəməyə müraciət etmək qərarına gəlib. O, karantin vaxtı almamağa razılaşdığı pulu istəyir. Söhbət “Yuventus”un koronavirus pandemiyası vaxtı bəzi oyunçularla bağladığı müqavilələrdən gedir.  

 

Futbolçular maaşlarının azaldılmasına razılaşmışdılar. Ronaldo 2018-2021-ci illərdə Turin klubunun formasını geyinib. 
 

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az