Xəbər verdiyimiz kimi, 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Bakı Metropolitenində sərnişinlər, xüsusilə də uşaqlı ailələr çətin anlar yaşayıb.
Manset.az-ın əldə etdiyi məlumata görə, şəhərdə keçirilən bayram tədbirlərinə baxmayaraq, metropoliten rəhbərliyi sərnişin axınını nəzərə almayaraq qatarların hərəkət cədvəlində heç bir dəyişiklik etməyib.
Axşam saatlarında geri dönən insanlar metrostansiyalarda böyük sıxlıqla üzləşib. Sıxlıq səbəbindən azyaşlı sərnişinlərin vəziyyəti daha da ağırlaşıb, gərgin anlar yaşayıb.
Həmin görüntüləri təqdim edirik: