İtaliyanın “Napoli” klubu transferi reallaşmayan hücumçu Viktor Osimhenə iyulun 15-nə qədər vaxt qoyub.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, klub iyulun 15-dək transfer haqqı ödənilməzsə, futbolçunun komandaya qoşulacağını açıqlayıb.
Osimhenin müqaviləsində onun xaricə satışı üçün 75 milyon avroluq sərt maddə var. Bu tarixə qədər heç bir razılaşma əldə olunmasa, Nigeriyalı hücumçu məşqçi Antonio Kontenin rəhbərliyi altında “Napoli” ilə məşqlərə başlayacaq.