Bu hərbçilərin maaşları ilə bağlı qərar VERİLDİ

21:00 - 22 Yanvar 2024

Bu hərbçilərin maaşları ilə bağlı qərar VERİLDİ

“Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” yeni redaksiyada təsdiqlənib.

 

Manset.az  xəbər verir ki, Nazirlər Kabineti bu barədə müvafiq qərar verib.

Maliyyə Nazirliyinə tapşırılıb ki, qərarın icrası ilə əlaqədar tələb olunan əlavə vəsaitin maliyyələşdirilməsini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirsin.

Bu Qərar 2024-cü il yanvarın birindən tətbiq edilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az