Məşhur rejissor vəfat etdi - FOTO

18:05 - 23 Yanvar 2024

Məşhur rejissor vəfat etdi - FOTO

Kanadalı rejissor Norman Jewison 97 yaşında vəfat edib.

 

Manset.az Haber Global-a istinadən xəbər verir ki, bu barədə onun meneceri Jeff Sanderson tərəfindən məlumat verilib.

Norman Jewison "Ay vurdu", "Gecənin istisində", "Damdakı skripkaçı", "Nəzakətli soyğunçu" və "Başqa insanların pulu" filmlərini çəkib.

50 ildən çox sənayedə çalışan və üç dəfə Ən Yaxşı Rejissor nominasiyasında Oskar mükafatına namizəd olan Jewison 1999-cu ildə Ömür Boyu Müvəffəqiyyət Mükafatını alıb.

Filmləri müxtəlif kateqoriyalarda 46 dəfə Oskara namizəd olan və 12 Oskar qazanan Jewison, həyatı boyu liberal olaraq tanınsa da, keçmişdə bir çox yürüşlərdə insan haqları müdafiəçilərinə qoşulmuşdu.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az