1400 manata kirayə mənzillər... - Qiymətlər niyə bahadır?

11:32 - 09 İyul 2025

1400 manata kirayə mənzillər... - Qiymətlər niyə bahadır?

Paytaxtın mərkəzindən kənarda aylığı 1400 manatdan çox olan kirayə mənzillər satışa çıxarılıb.


Manset.az Xəzər tv-yə istinadən xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondu məlumat yayıb. Binəqədi rayonu Biləcəri qəsəbəsi və Sumqayıt şəhəri, Sülh prospektində çoxmərtəbəli binalarda kirayə mənzillər satışa çıxarlıb. Biləcəridə aylığı 1400 Sumqayıtda isə 347 manata təklif edilir.

Satışa çıxarılan mənzillərin dəyəri ərazinin bazar qiymətinə uyğundurmu?

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirir ki, satmaq öhdəliyi ilə kirayə üçün çıxarılan mənzillərin belə qiymətlərə təkif olunmasının əsas səbəblərindən biri ipoteka şərtlərindən daha sadə tələblərin  irəli sürülməsidir. Yəni mülkiyyətə keçməklə təklif edilən kirayə olduğundan xüsusən ilkin ödənişsiz təklif olunur.
Ekspert onu da əlavə edib ki, mənzillərin bu qiymətə olması onun sahəsindən də asılıdır.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az