Qızıl almaq istəyənlər üçün SEVİNDİRİCİ XƏBƏR

09:34 - 13 İyul 2025

 Qızıl almaq istəyənlər üçün SEVİNDİRİCİ XƏBƏR

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.


Manset.az Xəzər TV-yə istinadla xəbər verir ki, satıcıların sözlərinə görə, qiymətlərdə müşahidə olunan artım tendensiyasının dayanmasına səbəb Məhərrəm ayının başlamasıdır. Bu ayda alıcılıq qabiliyyəti xeyli azalıb və bazarda durğunluq yaranıb.

Qızılın satış qiymətinin enməsi isə məhz alıcı qıtlığı ilə əlaqələndirilir. Bazarda yaranan durğunluq satıcıları məhsulu daha aşağı qiymətə təklif etməyə vadar edir.

Alıcılar isə bildirirlər ki, qızıl almaq üçün ən uyğun zaman məhz bu aydır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az