Azərbaycanda bu ailələr dövlətdən hər ay yardım ala bilər

12:41 - 06 Yanvar 2026

Azərbaycanda bu ailələr dövlətdən hər ay yardım ala bilər

Azərbaycanda sosial yardım almaq hüququ müəyyən meyarlara əsasən təyin olunur.


Manset.az xəbər verir ki, qanunvericiliyə görə, orta aylıq gəliri ailə üzvlərindən asılı olmayan səbəblərdən aşağı olan aztəminatlı ailələr dövlətin sosial yardımından yararlana bilər.

Bu səbəblərə ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailədə əlilliyi müəyyən edilmiş şəxsin, əlilliyi olan uşağın və ya 8 yaşına çatmamış uşağa qulluq edən şəxsin mövcudluğu daxildir. Həmçinin 23 yaşadək əyani təhsil alan şəxslər, eləcə də ailə üzvünün dövlət orqanı və ya hüquqi şəxsin ləğvi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz qalması da sosial yardım almaq üçün əsas sayılır.

Bundan başqa, ailə üzvünün vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və ya ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, eləcə də ailə üzvünün olduğu yerin məlum olmaması da ailənin gəlir səviyyəsinə təsir edən amillər sırasında göstərilir.

Qeyd edilib ki, sadalanan hallardan hər hansı biri mövcud olduqda və ailənin adambaşına düşən gəliri ehtiyac meyarından aşağıdırsa, həmin ailə sosial yardım almaq hüququna malik hesab olunur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az