"Comex" birjasında (Nyu-York Ticarət Birjasının bölməsi) 2026-cı ilin mart ayında çatdırılma ilə gümüş füçerslərinin qiyməti tarixi maksimumunu yeniləyib və trua unsiyası üçün 85 dolları keçib.
Manset.az xəbər verir ki, bunu ticarət platformasının məlumatları göstərir.
Bakı vaxtı ilə saat 17:05-ə olan məlumata görə, qiymətli metalın dəyəri 7.18% artaraq trua unsiyası üçün 85.035 dollara çatıb.
Bakı vaxtı ilə saat 17:10-a qədər gümüşün qiyməti artımını sürətləndirib və trua unsiyası üçün 85.27 dollara (+7.47%) çatıb.
Eyni zamanda, "Comex" birjasında 2026-cı ilin fevral ayında çatdırılma ilə qızıl füçersləri trua unsiyası üçün 4 614.5 dollar (+2.52%) təşkil edib.