Azərbaycan manatı ilə bağlı VACİB MƏLUMAT

10:35 - 19 Mart 2023

Azərbaycan manatı ilə bağlı VACİB MƏLUMAT

Bu il fevralın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 4,02 bənd təşkil edib.

 

Manset.az xəbər verir ki, bu barədə "Report" Azərbaycan Mərkəzi Bankının (AMB) hesabatına istinadən məlumat yayıb. Bu göstərici 2023-cü ilin yanvarın 1-i ilə müqayisədə 0,51 bənd, 2022-ci ilin fevralın 1-nə nisbətən isə 0,79 bənd azdır.

Xatırladaq ki, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi də 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az