Şəmkirdə bıçaqlanmanın bəzi təfərrüatları məlum olub.
Manset.az apa-ya istinadən xəbər verir ki, 1985-ci il təvəllüdlü Nemət Hüseynov 2 bıçaq xəsarəti, 1982-ci il təvəllüdlü Rəhimov Ədalət 1 bıçaq xəsarəti alıb.
Məlumata görə, onların arasında mübahisə düşüb, bu zaman bir-birlərinə bıçaq xəsarəti yetiriblər. Ədalət Nemətin yeznəsi olduğu bildirilir.
Hadisə zamanı Ədalətin oğlu 14 yaşlı Murad Rəhimov da bıçaq xəsarəti alıb.
Onlar polis tərəfindən nəzarət götürülüb. Faktla bağlı araşdırma aparılır.