Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib.
Manset.az xəbər verir ki, hadisə rayonun Amankənd kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, Qoşqar Orucov mübahisə zəminində həmkəndliləri - İsa Abbasovu, Tural Yəhyalını, Sənan Yəhyayevi və Ərəstun Şahmarovu bıçaqlayıb. Yaralılar rayon xəstəxanasına çatdırılıblar. Hadisənin səbəbləri və təfərrüatları dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.(report)