Evdən 10 min oğurladı - O pula brend geyimlər aldı

19:21 - 03 İyun 2026

Evdən 10 min oğurladı - O pula brend geyimlər aldı

Paytaxtın Xətai rayonu ərazisində yerləşən evlərin birindən oğurluq edilib.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, zərərçəkən polisə müraciət edərək yaşadığı mənzildən 10 min manatdan artıq pul vəsaitinin talandığını bildirib.

Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 39 yaşlı Taleh Muxtarov saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, T.Muxtarov oğurladığı pul vəsaitinin bir hissəsi ilə brend geyim mağazalarından alış-veriş edib.

Araşdırma aparılır.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az