logo
logo logo
logo

Şəmkirdə 12 yaşlı qız öldürüldü - 16 yaşlı bacısı saxlanıldı

13:08 - 25 İyul 2026

Şəmkirdə 12 yaşlı qız öldürüldü - 16 yaşlı bacısı saxlanıldı

Şəmkirin Mahmudlu kəndində bıçaq xəsarəti alan 12 yaşlı Ə. N xəstəxanaya çatdırılana qədər vəfat edibmiş. 


Bu barədə Manset.az-a TƏBİB-dən məlumat verilib. 

Bildirilib ki, ötən gün saat 21:00 radələrində 2014-cü il təvəllüdlü azyaşlı (qadın cinsli) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə ölü vəziyyətdə gətirilib.

Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində qətli törətməkdə şübhəli bilinən bacısı, 16 yaşlı S. Rəhimova saxlanılıb. Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, qızın itkin düşməsi ilə bağlı ötən gün valideynləri polisə müraciət etmişdilər. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az