Lənkəranda üç yaşlı uşağa zorakılıq etməkdə təqsirləndirilən şəxs saxlanılıb.
Manset.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Qismət Əliyev saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanılıb və əməli törətməkdə şübhəli bilinən Qismət Əliyev şübhəli şəxs qismində tutulub.
Araşdırma davam etdirilir.
Qeyd edək ki, 2023-cü il təvəllüdlü Ə.E. müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Valideynləri övladlarının digər uşaqlarla oynayarkən xəsarət aldığını qeyd etsələr də, 3 yaşlı uşağın atalığı tərəfindən döyüldüyü bildirilir.