Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli Romaya səfəri çərçivəsində dekabrın 18-də İtaliya paytaxtında fəaliyyət göstərən Santa Çeçiliya Konservatoriyasının rektoru Franco Antonio Mirenzi ilə görüşüb.
Manset.az xəər verir ki, naziri salamlayan rektor rəhbərlik etdiyi təhsil ocağının tarixi və fəaliyyət istiqamətləri barədə məlumat verib. Bildirib ki, əsrlərlə yaşı olan konservatoriya müxtəlif adlar və statuslarla fəaliyyət göstərib. 1923-cü ildən indiki adını alan məktəb İtaliyanın ən nüfuzlu ali təhsil müəssisələrindəndir.
Adil Kərimli səmimi görüşə və konservatoriya haqqında ətraflı məlumata görə rektora təşəkkürünü bildirib.
Söhbət zamanı nazir ölkəmizin musiqi mədəniyyəti barədə söz açıb, bu sahədə aparıcı təhsil ocaqlarından danışıb. Bildirib ki, Azərbaycanda tarixən Avropa klassik musiqi məktəbinə böyük maraq olub. Görkəmli opera müğənniləri Şövkət Məmmədova və Bülbül XX əsrin əvvəllərində Milan Konservatoriyasında vokal dərsləri alıb, ölkəmizin musiqi mədəniyyətinin inkişafına mühüm töhfələr veriblər. Sonralar da istedadlı gənclərimiz Avropanın məşhur bədii təhsil ocaqlarında oxuyublar.
Qeyd olunub ki, köklü ənənələri olan Bakı Musiqi Akademiyasında, eləcə də Azərbaycan Milli Konservatoriyasında yerli tələbələrlə yanaşı, əcnəbi gənclər də musiqi biliklərinə yiyələnirlər. Avropa klassik bəstəkarlarının əsərləri tədris proqramlarında əksini tapır, teatr-konsert müəssisələrinin repertuarında yer alır.
Görüşdə Azərbaycanın müvafiq ali təhsil ocaqları ilə Santa Çeçiliya Konservatoriyası arasında əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, ölkəmizin nümayəndə heyəti Azərbaycan mədəniyyət elçiləri toplantısı məqsədilə İtaliya paytaxtına səfər edib.
Nazir Santa Çeçiliya Konservatoriyasının rektoru ilə görüşdü - FOTO
11:55 - 19 Dekabr 2024








Whatsapp kanalımıza abunə olun
Şikayətiniz və ya xəbəriniz varsa bizə göndərin Whatsapp: +99470 2177772
Digər xəbərlər

Niyazinin xatirəsinə həsr olunan konsertdən FOTOLAR

Məşhur cütlük yenidən bir arada - VİDEO

“Eurovision-2026” bu şəhərdə keçiriləcək

“Anam onkoloji xəstəlikdən əziyyət çəkir” - VİDEO

Emin Əfəndi Rusiyaya buraxılmadı

TÜRKSOY Yüksək Rütbəli Məmurlarının 5-ci Toplantısı keçirilir

Müəllimlərin təlimlərinin ikinci mərhələsinə start verildi - FOTOLAR

Bakı dünya kino mütəxəssislərini bir araya gətirəcək

Rəqsanəni hansı cəza gözləyir?

Niyazinin doğum günü qeyd olunacaq

"Haqqın varmı buna?" - Abbasdan Kərimə CAVAB

Elza Rozaya uduzdu - Bu sözlər təhqir deyilmiş...
Xəbər xətti
- 21 Avqust 2025
- 23:11 Ağcabədidə güclü yanğın: Yaralılar var - VİDEO
- 22:57 İlham Əliyevlə xanımının Ağdərə sakinləri ilə görüşündən FOTOLAR
- 22:42 Tramp polislə birlikdə küçələrdə xidmət edəcək
- 22:26 Prezident xüsusi təyinatlı texnikanı idarə etdi - VİDEO
- 22:14 "Zəngəzur dəhlizi ilə bağlı işlər 4-5 ilə tam başa çatacaq" - Türkiyəli nazir
- 21:51 Zərərçəkmiş şəxslər ifadə verdilər - Məhkəmə
- 21:23 Prezident Kolatağda bərpa işləri ilə tanış oldu - FOTOLAR
- 20:53 Bu yolda sürət həddi endirildi - Sürücülərin nəzərinə
- 20:44 Kəlbəcərdə 3 yeni Su Elektrik Stansiyasının açılışı olub - FOTOLAR
- 20:12 İlham Əliyevin Kəlbəcərdəki çıxışının TAM MƏTNİ
- 19:56 Bakıda NATO görüşü - FOTO
- 19:36 İlham Əliyevlə xanımı Murovdağ tuneldə - FOTOLAR
- 19:05 Prezident daha bir açılışda iştirak etdi - FOTOLAR
- 18:58 "Laçın bu gün bir çox dövlətlərin diqqət mərkəzindədir" - Millət vəkili
- 18:34 Hazırda 17 yolda tıxac var - SİYAHI
- 18:22 Küləkli hava nə vaxta qədər davam edəcək?
- 18:17 Azərbaycanda zəlzələ oldu
- 18:12 Ağdərədə yanğın zamanı mina partladı - Yaralı var
- 18:04 Kəlbəcərdə 4-cü yaşayış kompleksinin təməli qoyuldu - FOTO
- 17:57 Qaradağda mənzildə meyit tapıldı
- 17:40 AFFA əməkdaşları UEFA-dan təyinat aldı
- 17:18 Kürdəxanıda ər arvadını öldürüb intihar etdi
- 17:14 İnternetlə bağlı problemin səbəbi kiberhücum olub - RƏSMİ
- 17:05 Ümumrespublika Peşə Ustalığı Yarışlarının finalçısı bəlli oldu
- 16:58 "Bornmut" Bayer Leverkuzen-dən mərakeşli Vingeri transfer etdi
- 16:47 Tədqiqatçılar dəri xəstəlikləri üzərində böyük addım atdı
- 16:39 Sabah 3 rayonda qaz olmayacaq
- 16:28 Bakıda moped və motosiklet qəzalarının görüntüləri yayıldı - VİDEO
- 16:23 Hərbi prokuror şəhidin ailə üzvləri ilə görüşdü - FOTOLAR
- 16:21 Kapital Bank-ın dəstəyi ilə yaşlı nəsil üçün maliyyə savadlılığının artırılması imkanları yaradılır
- 16:17 Kamçatkada güclü zəlzələ oldu
- 15:41 "Lids Yunayted" Noa Okaforu heyətinə qatdı
- 15:39 Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
- 15:35 Hava limanında sərnişinlərdən biri yanğın törətdi
- 15:26 Məhkəmədən Rəqsanə ilə bağlı QƏRAR
- 15:19 Uçuş zamanı təyyarənin qanad qapağı qismən qırıldı
- 14:58 Pakistanda musson yağışları - Ölənlərin sayı 730-a çatdı
- 14:45 "Rusiya ilin ən böyük hava hücumlarından birini həyata keçirib" - Ukrayna
- 14:32 NİİM-dən yük avtomobillərinin sürücülərinə MÜRACİƏT
- 14:27 Silahlı hücumlar nəticəsində 15 fermer həlak oldu
- 14:14 Bu ölkədə leysan yağışları 21 nəfərin həyatına son qoydu
- 13:35 "Mənfur Minsk qrupu artıq son günlərini yaşayır"
- 13:25 Hikmət Hacıyev Pakistan səfiri ilə görüşdü
- 13:19 "Partlayış səsləri eşidiləcək" - Əhaliyə XƏBƏRDARLIQ
- 13:13 Naxçıvanda dəmir yolu tam müasirləşdiriləcək
- 13:10 “Keyfiyyətsiz” deyilən Çin avtomobilləri – Əslində vəziyyət necədir?
- 12:42 Mingəçevirdə su və kanalizasiya təchizatı yaxşılaşdırılır - VİDEO/FOTO
- 12:32 Pensiya alanlara ŞAD XƏBƏR
- 12:22 "Gələn il Kəlbəcər şəhərində gözəl məktəb istifadəyə veriləcək"
- 12:18 “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçiriləcək
- 12:17 Peşə təhsili müəssisələrinə qəbul olanların NƏZƏRİNƏ

