Nişan üzüyünə görə Bülənt Ərsoyla müqayisə olundu - FOTO

08:16 - 11 Dekabr 2021

Nişan üzüyünə görə Bülənt Ərsoyla müqayisə olundu - FOTO

Ötən axşam islandiyalı rejissor sevgilisi Thor Saevarssondan evlilik təklifi alan aktrisa Dilan Çiçək Dəniz ilk dəfə bu barədə təəssüratlarını bölüşüb.

 

Manset.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sevgilisi ilə görüntülənən aktrisa hisslərini belə ifadə edib:

"Hazırlıqsız oldum. Çox xoşbəxtəm".

Dəniz nişan və toy tarixi barədə hələlik danışmadıqlarını açıqlayıb.

Aktrisa daha sonra üzüyü ilə şəklini İnstaqram hesabında paylaşaraq "hə" şərhini yazıb.

Dilanın üzüyü sosial şəbəkədə xeyli müzakirələrə səbəb olub. İzləyicilər "Bülənt Ərsoyla yarışa girmisən" kimi şərhlər yazılıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az