Xəbər verdiyimiz kimi, Əməkdar artist Cabir İmanov bu gün qəfil vəfat edib.
Manset.az xəbər verir ki, aktyor bu gün idman zalında infarkt keçirib. Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası onun həyatını xilas edə bilməyib. 49 yaşında Cabir İmanov həyatdan köçüb.
1992–2001-ci illərdə “Parni iz Baku” KVN komandasının üzvü olub. 2015-ci ildə Əməkdar artist, 2021-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib. Ailəlidir, dörd övladı var.
Cabir İmanovun ölümü bu gün onun sevilən həmkarlarını da xatırlatdı. “KVN”in kapitanı Anar Məmmədxanov 23 aprel 2011-ci ildə qəfil ürək tutmasından dünyasını dəyişmişdi. Digər həmkarı, aktyor Elçin Həmidov isə 2011-ci ilin martında ürək xəstəliyindən evində ölü tapılmışdı.
Üç tanınmış aktyorun da eyni səbəbdən – ürək xəstəliyindən, gənc yaşlarında dünyadan köçmələri bu gün daha da düşündürücü görünür.
Üç fərqli istedad, sənət yolunun ən məhsuldar çağında yarımçıq dayandı. Onların itkisi Azərbaycan səhnəsində dərin boşluq yaratdı. Onlar getdilər, amma yaratdıqları obrazlar, səhnə və ekran işləri Azərbaycan mədəniyyət tarixində qalmağa davam edir. Sənət irsi isə heç vaxt ölmür.