İspaniyanın Barselona şəhərində səfərdə olan Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli UNESCO-nun Mədəniyyət Siyasətləri və Dayanıqlı İnkişaf üzrə Dünya Konfransı çərçivəsində sentyabrın 29-da Bolqarıstanın mədəniyyət naziri Marian Başev ilə görüşüb.
Manset.az xəbər verir ki, Adil Kərimli son illərdə ölkəmizdə xarici kino istehsalçıları üçün yaradılan şərait və “Rebate” proqramı haqqında məlumat verib.
Görüşdə tərəflər kino istehsalı, qeyri-maddi mədəni irs, eləcə də sualtı arxeoloji irsin araşdırılması üzrə birgə ekspedisiyalar barədə fikir mübadiləsi aparıblar. Eyni zamanda bu ilin noyabr ayında Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək UNESCO-nun növbəti Baş Konfransı çərçivəsində gündəlikdə duran məsələlər barədə müzakirələrin davam etdirilməsi qərara alınıb.