İncəsənət mərkəzlərinə işə qəbulla bağlı müsabiqə elan edilir

17:29 - 30 Sentyabr 2025

İncəsənət mərkəzlərinə işə qəbulla bağlı müsabiqə elan edilir

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi, incəsənət, bədii sənətkarlıq, rəssamlıq, muğam və aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə xüsusi müsabiqə elan olunur.


Manset.az xəbər verir ki, müsabiqə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 2024-cü il 5 aprel tarixli, 3-24/3-1-f-84/2024 nömrəli əmri ilə təsdiq edilmiş “Müəllimlərin işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən keçirilir.

Keçirilmiş attestasiya prosesində səs çoxluğu, yəni komissiya üzvlərindən 2 nəfərin lehinə və 3 nəfərin əleyhinə səsverməsi ilə tutduğu vəzifəyə uyğun hesab edilməyən müəllimlər Nazirlik tərəfindən təşkil edilən təlimlərdə iştirak edərək xüsusi müsabiqəyə qatılmaqla yenidən pedaqoji fəaliyyətə qayıtmaq imkanı əldə edirlər.

Qeydiyyat:

* 3–17 oktyabr 2025-ci il tarixlərində Dövlət İmtahan Mərkəzinin portalında aparılacaq.

Ətraflı məlumat Mədəniyyət Nazirliyinin və Dövlət İmtahan Mərkəzinin rəsmi saytlarında yerləşdirilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az