Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradov xəstəxanaya yerləşdirilib.
Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə teatrdan məlumat verilib.
Onun hazırda Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində müalicə aldığı və vəziyyətinin ağır olduğu bildirilib.
Qeyd edək ki, Əməkdar artist onkoloji xəstəlikdən əziyyət çəkir.