Bu gün “Uşaq Avroviziyası” KEÇİRİLƏCƏK(VIDEO)

13:32 - 19 Dekabr 2021

Bu gün “Uşaq Avroviziyası” KEÇİRİLƏCƏK(VIDEO)

Bu gün Fransanın paytaxtı Parisdəki “La Seine Musicale” kompleksində “Uşaq Avroviziyası - 2021” mahnı müsabiqəsi keçiriləcək.

 

Manset.az xəbər verir ki, müsabiqədə ölkəmizi “One of those days” mahnısı ilə Sona Əzizova təmsil edəcək.

Yarışmada Azərbaycanla yanaşı, Albaniya, Almaniya, Bolqarıstan, Ermənistan, Fransa, Gürcüstan, İrlandiya, İtaliya, İspaniya, Qazaxıstan, Malta, Niderland, Şimali Makedoniya, Polşa, Portuqaliya, Rusiya, Serbiya və Ukrayna təmsilçiləri də səhnəyə çıxacaqlar.

Qeyd edək ki, səsvermə dekabrın 17-də, Bakı vaxtı ilə saat 23.00-da başlayıb və bu gün, 19 dekabr saat 19.00-dək davam edəcək və sonuncu iştirakçının çıxışından dərhal sonra 15 dəqiqəlik bərpa olunacaq.

Sona Əzizovanın çıxışını bəyənirsinizsə, https://vote.junioreurovision.tv/ saytına keçid edərək səs verə bilərsiniz. 

Xatırladaq ki, Azərbaycan bundan əvvəl “Avroviziya Uşaq Mahnı Müsabiqəsi”ndə üç dəfə iştirak edərək 11, 7 və 16-cı yerlərin sahibi olub.

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az